Azərbaycan, Bakı,14 mart / Trend / Yaxın günlərdə Dövlət Neft Şirkəti (ARDNŞ) xaricdə iki yeni nümayəndəliyini açmaq niyyətindədir. Onlardan biri Qazaxıstanda, digəri "Avropa ölkələrinin birində" açılacaq. Bu barədə cümə günü ARDNŞ -nin yüksək rütbəli nümayəndəsi bildirib.
Təsdiq edilməmiş məlumatlara əsasən, şirkət ikinci nümayəndəliyini Almaniyada açmaq niyyətindədir. Hazırda ARDNŞ -nin Gürcüstan,Türkiyə və Rumıniyada nümayəndəliyi var.
İlin əvvəlindəİsveçrədə ARDNŞ -nin SOCAR Trading SA şirkəti fəaliyyətə başlayıb. Ofis Cenevrə şəhərində yerləşir. Tredinq şirkəti dünya bazarlarında satılan Azərbaycan neftinin marketinqi ilə məşğul olur. Azərbaycana yaxın bazarların marketinqini ARDNŞ -nin Marketinq və İqtisadi İdarəsi həyata keçirəcək.