...

Britaniya şirkəti Ukraynada Xəzər neftinin emalı üçün yeni NEZ-in tikinti TİƏ-ni hazırlayır

Energetika Materials 10 Aprel 2008 23:24 (UTC +04:00)

Ukrayna, Kiyev,10 aprel / Trend müxbir Z.Novosvitski/ Beynəlxalq konsaltinq və injinirinq şirkəti "Mott MacDonald Group Limited" (Böyük Britaniya) Ukraynada Xəzər dənizindən hasil olunan yüngül neftin emalı üçün tikilən yeni NEZ-in tikinti TİƏ-ni hazırlayır. Bu barədə cümə axşamı Ukrayna prezidentinin energetika təhlükəsizliyi beynəlxalq məsələləri üzrə müvəkkili Boqdan Sokolovski Kiyevdə jurnalistlərə məlumat verib.

"Bu zavod ya zavodlar kompleksi olacaq, bunun cavabını "Mott MacDonald" şirkətinin yenidən işlədiyi texniki-iqtisadi əsaslandırma verəcək. Harda, hansı həcmdə, NEZ-in hansı bazara yönələcəyini şirkət özü cavablandıracaq" - deyə o bildirib.

Onun sözlərinə görə, Ukraynada fəaliyyət göstərən NEZ-lər Rusiyanın Urals və REBCO neft növlərinin emalına istiqamətlənib. Fəaliyyət göstərən Ukrayna NEZ-lərində Xəzər dənizi neftnin emalı qeyri-effektiv və gəlirli olmayacaq.

Ukrayna prezidenti katibliyinin nümayəndəsi belə rəy bildirib ki, Azərbaycandan Xəzər neftinin Ukraynaya tədarükü, o cümlədən də yüksək dərinlikli emal ilə yüngül Xəzər neftilə işləyən NEZ-lərin olmaması səbəbindən yubanır.

Sokolovski əminliklə bildirib ki, Ukraynaya Xəzər neftinin tədarükü üçün Azərbaycan tərəfinə cəlbedici kommersiya şərtləri təklif olunmalıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti