...

ARDNŞ Azərbaycanın şimal-qərbində quru yatağı üzrə yeni quyunun qazma işlərini həyata keçirir

Energetika Materials 12 Aprel 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel / " , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin şimal-qərb hissəsində, Gürcüstanla sərhədin yaxınlığında yerləşən "Cahandar" yatağında yeni kəşfiyyat quyusunun qazma işlərinin təxminən yarısını başa çatdırıb. Hazırda quyunun dərinliyi 1436 metr təşkil edir. Quyunun layihə dərinliyi isə 3400 metrdir. Bu barədə ARDNŞ-ın "Kompleks qazma işləri" trestinin baş mühəndisi Fazil Ramazanov məlumat verib.

Əvvəllər bu sahədə tədqiqat işləri aparılıb və axtarış-kəşfiyyat qazmalarının həyata keçirilməsi barədə qərar qəbul olunub.

Qazma işləri Azərbaycan Dövlət Neft Şirkətinin "Qobustan" Qazma Kəşfiyyat İşləri İdarəsi tərəfindən aparılır və 2008-ci ilin sonuna qədər başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti