...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 14 Aprel 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin aprelin 11-də qiyməti 1 barel üçün 109,84 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barrel üçün 0,24 dollar azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın aprelin 11-də qiyməti 1 barel üçün 107,17 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,16 dollar azdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Aprelin 1-də URALS neftinin qiyməti 1 barel üçün 101,66 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,61 dollar azdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin aprelin 11-də qiyməti 1 barel üçün 107,31 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,12 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti