...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 15 Aprel 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin aprelin 14-də qiyməti 1 barel üçün 111,05 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə 1 barrel üçün 1,21 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın aprelin 14-də qiyməti 1 barel üçün 108,38 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Aprelin 14-də URALS neftinin qiyməti 1 barel üçün 103,26 dollar təşkil edib. Bu, öncəki qiymətdən 1,6 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin aprelin 14-də qiyməti 1 barel üçün 108,55 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,24 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti