...

ARDNŞ iri dəniz yatağında telekommunikasiya şbəkəsi yaradıb

Energetika Materials 16 Aprel 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "28 may" Neft-Qaz Hasilat İdarəsini (NQHİ) dəniz platformalarının daxil olduğu telekommunikasiya şəbəkəsinin quraşdırılmasını başa çatdırıb. Bu barədə ARDNŞ-ın məlumatında bildirilir. "Günəşli" dəniz yatağının az sulu hissəsi "28 may" NQHİ-ə daxildir. ARDNŞ-ın neft və qaz hasilatının təxminən 70 faizi bu yatağın payına düşür.

Şəbək həmçinin "Çilov" adası (keçmiş "Jiloy") və "Neft daşları" yatağını da tam olaraq əhatə edir. "Neft daşları"nda şəbəkənin yaradılması üçün "Motorola" şirkətinin "NextNet" baza stansiyası quraşdırılb. Şəbəkə 13 platforma və "28 may" Neft-Qaz Hasilatı İdarəsinin inzibati binasını özündə birləşdirir.

Yaradılan şəbəkənin sürəti 5 Mb/s, maksimal ləngimə 20 ms təşkil edir, əhatə zonası baza stansiyasından 30 km msafə təşkil edir.

Xəbər lenti

Xəbər lenti