...

ARDNŞ özünün Gürcüstandakı neft terminalının istismara buraxılmasının ilkin tarixini açıqlayıb

Energetika Materials 24 Aprel 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kulevidəki (Gürcüstanın Qara dəniz sahili) yeni neft terminalının 2008-ci il mayın 1-də istismara vermək nəzərdə tutulur. Bu barədə cümə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Bu terminaldan ARDNŞ-ın, həmçinin bu marşrutda maraq göstərəcək digər şirkətlərin neft və neft məhsullarının ixracı həyata keçiriləcək. Beləliklə, ARDNŞ öz yataqlarından neft hasil edən, onu özünün ümumi gücü ildə 20 mln. ton olan iki NEZ-də emal edən, özünün ixrac neft terminalına malik şaquli inteqrasiya etmiş şirkətə çevrilir. ARDNŞ-ın illik neft hasilatı həcmi təqribən 9 mln. ton təşkil edir, xammal emalı ildə 6 mln. tonu ötür. Dövlət Neft Şirkəti dəmir yolu vasitəsilə neft və neft məhsullarının Gürcüstana nəqli ilə məşğul olan Cross Caspian Oil and Gas Logistics şirkətində 34 faiz iştirak payına malikdir.

ARDNŞ-ın Gürcüstandakı yeni terminalı vasitəsilə ARDNŞ-la bağlanan müqavilələr üzrə Qara dənizdə yüklənən neft məhsullarının nəqli nəzərdə tutulur. Bundan əlavə, neft nəqli də mümkündür.Ekspertlərin qiymətləndirmələrinə görə, Gürcüstanın hazırda sahibinin Qazaxsıtan tərəfinin olduğu Batumi Qara dəniz limanına göndərilən maye yüklərinin bir hissəsini Kulevidəki yeni terminala yönəltmək olar. Bu yüklər Azərbaycan vasitəsilə Xəzərin şərq sahilindən Gürcüstana daşınır.

Dövlət Neft Şirkəti terminalın tikintisi üçün ötən il $301 mln. həcmində iri sindikatlaşdırılmış kredit alıb. 15 bankdan ibarət kredit sindikatına Societe Generale başçılıq edib. Krediti 2009-cu ilədək qaytarmaq nəzərdə tutulur.

Terminalın illik gücü 9 mln. ton təşkil edir (iki mln. ton xam neft, üç mln. ton dizel yanacağı, dörd mln. ton mazut). Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Terminalın illik gücünü 20 mln. tonadək artırmaq, çən parkını isə 380 min kubmetrədək genişləndirmək planlaşdırılır. Bundan əlavə, limanın doqquz yardımçı gəmisi var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti