...

Enerji daşıyıcılarına olan yüksək qiymətlər nəticəsində StatoilHydro-nun mənfəəti artıb – Norveç şirkətinin prezidenti

Energetika Materials 13 May 2008 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may/ Trend , müxbir A.Bədəlova/ Neftə olan yüksək qiymətlər birinci rübdə Norveçin StatoilHydro şirkətinə 16 mlrd. Norveç kronu həcmində mənfəət gətirib. Bu barədə Bloomberg telekanalına müsahibəsində Norveçin neft-qaz şirkətinin prezidenti və baş direktoru Helge Lund (Helge Lund) məlumat verib. Şirkətin birinci rüb ərzində mənfəəti, 2007-ci ilin yanvar-martı ilə müqayisədə, 6,1 mlrd. Norveç kronu həcmində artıb.

"Qiymətlərin [enerji daşıyıcılarının] gələcək inkişafı bizim üçün çox vacibdir", - Lund çərşənbə axşamı bildirib.

Onun sözlərinə görə, StatoilHydro həm Norveçdə, həm də ölkədən kənarda kəşfiyyat işləri proqramlarının genişləndirilməsi strategiyasına əməl etməyə davam edir.

"Bir müddət əvvəl biz Barens dənizində Rusiyanın qaz layihəsinin iştirakçısı olduq. Meksika körfəzində də iştirak genişləndirilir. İnanınram ki, şirkət neft-qaz hasilatında fəaliyyətini genişləndirmək üçün yaxşı perspektivlərə malikdir", - o bildirib.

StatoilHydro, Azərbaycan da daxil olmaqla, dünyanın 40 ölkəsində neft-qaz layihələrinin işlənməsində iştirak edir. Şirkət "Azəri-Çıraq-Günəşli" layihəsində 8,5633 faiz iştiraka malikdir. O, 25,5 faiz iştirak payına malik olmaqla, "Şahdəniz" dəniz yatağının işlənilməsinə dair müqavilənin iştirakçılarından biridir. Şirkətin "Araz-Alov-Şərq" layihəsində 15 faiz iştirak payı var.Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti