Azərbaycan, Bakı, 17 may / Trend , müxbir E.İsmayılov/ "Bakqaz" İstehsalat Birliyi Bakı şəhərinin Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarına qazın verilməsini dayandırmayacaq. Bu haqda "Bakqaz" İB-dən şənbə günü bildirilib.
Əvvəllər Bakı şəhərinin Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarına şənbə günü saat 10:00-dan etibarən təbii qazın verilməsində fasilələr müşahidə olunacağı planlaşdırılırdı. Bu yeni maqistral qaz kəmərinin qoşulması ilə əlaqələndirilirdi. Yeni qaz kəmərinin qoşulması Bakı şəhərinin kəndlərində qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədardır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]