Azərbaycan, Gəncə, 20 may / Trend müxbir V.Məmmədov/ Bazar ertəsi Qərb bölgəsində əsən güclü külək və yağış nəticəsində, Gəncə Regional Enerji Təchizat MMC-yə 20 min manata yaxın ziyan dəyib. Bu barədə məlumatı Cəmiyyətin sədri Eldar Eldarov məlumat verib.
Onun sözlərinə görə, Cəmiyətin əhatə dairəsinə daxil olan Xanlar, Daşkəsən və Gəncənin elektrik şəbəkəsinə ziyan dəyib. Belə ki, dünən Gəncənin 14 xəttində açılmalar olub ki, onların da əksəriyyəti dünən bərpa olunub. Hazırda ərazilərdə bərpa işləri aparılır.
Xanlar və Daşkəsən raoynlarında külək və sel elektrik dirəklərini və naqilləri sıradan çıxarıb. Təmir və bərpa qruplarının rayonlarda çalışdığını qeyd edən Eldarov Gəncədə təbii fəlakətin az ziyan vurmasının səbəbini kabellərin sipləşdirilməsi ilə əlaqələndirir.
Gəncədə 68 min abonent var. Onlardan 61 min 374 nəfəri yeni smart-kart tipli sayğaclarla təmin olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]