...

İsrail Azərbaycanla 30 il müddətinədək qaz sazişi bağlayacaq - nazir (video)

Energetika Materials 3 İyun 2008 18:45 (UTC +04:00)
İsrail Azərbaycanla 30 il müddətinədək qaz sazişi bağlayacaq - nazir (video)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir S.Əliyev/ İsrail Azərbaycan qazının 2012-ci ildən idxalı üzrə uzunmüddətli müqavilə bağlamaq niyyətindədir. Bu haqda İsrailin Milli İnfrastruktur naziri Binyamin Ben Eliyezer çərşənbə axşamı Bakıda mətbuat konfransında bildirib.

"Müqavilənin fəaliyyət müddəti 20-30 ilədək ola bilər. Bu tipli müqavilənin bağlanmasını biz bu gün Bakıda müzakirə etmişik", - deyə nazir bildirib.

Eliyezer bildirib ki, İsrail tərəfinin hesablamalarına əsasən, İsraildə 10 il ərzində qaz istehlakı hazırki illik 2-2,5 mlrd. kub metrdən 12 mlrd. kub metrədək artacaq.

Nazir bazar ertəsi Trend -a eksklüziv müsahibəsində bildirib ki, İsrail qaz satışı sahəsində Azərbaycanı mühim strateji oyunçu kimi dəyərləndirir.

"Biz bir çox istehsalçılarla danışıqlar aparırıq. Bunların arasında Azərbaycan mühüm və xüsusi rol oynayır. Biz Azərbaycanla qaz idxalı sahasində gələcək əməkdaşlığı 40 milyard dollaradək qiymətləndirirk", - deyə nazir müsahibəsində bildirib.

2012-ci ildən Azərbaycanda "Şahdəniz" layihəsinin "Mərhələ-2" reallaşdırılmasına başlanacaq. Ölkədə qaz hasilatı ildə 20 mlrd. kub metrə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti