...

Azərbaycanda EİTİ üzrə səkkizinci hesabat açıqlanıb

Energetika Materials 5 İyun 2008 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir İ.Xəlilova/ Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya Azərbaycanın EİTİ üzrə səkkizinci hesabatını açıqlayıb. Hesabat Moore Stephens beynəlxalq audit şirkəti tərəfindən hazırlanıb. Dövlət Neft Fondu tərəfindən yayılan hesabat 2007-ci il ərzində ölkənin mədən hasilatı sənayesindən daxilolmaları əhatə edir.

Hesabata əsasən, hökumət yarım il ərzində neft-qaz sahəsində çalışan xarici şirkətlərdən 30,349 mln. barel neft və 2410,299 mln. kubmetr qaz alıb. Audit şirkəti tutuşdurma apararaq, hökumətdən alınan məlumatların düzgünlüyünü təsdiqləyib.

Hökumətin yerli şirkətlərin qaz hasilatında payı 12,03 mln. kubmetr qaz təşkil edib.

Əcnəbi şirkətlərdən mənfəət vergisi qismində 1942,568 mln. manat, imzalanmış bonuslar üzrə $68 mln., digər ödəmələr üzrə (tranzit ödəmələri və s.) - $6,588 mln. alınıb. Neftin qiyməti $22,581 mln. ölçüsündə göstərilib.

Yerli şirkətlərdən daxilolmalar royaliti vergisi üzrə 165,318 mln. manat, mənfəət vergisi - 98,222 mln. manat, digər vergilər (mənbədə olan vergilər və sosial ödəmələr istisna olmaqla) - 231,572 mln., daxili və ixrac qiyməti arasında fərqdən $70,325 mln. alınıb.

Ümumilikdə 2007-ci il ərzində Azərbaycan hökumətinə neft-qaz layihələrindən $169,905 mln. və 2437,68 mln. manat verilib. 2006-cı ildə neft-qaz layihələrindən Azərbaycan hökumətinə $57,476 mln. və 1417,767 mln. verilmişdi.

Anlaşma memorandumunda 26 neft-qaz şirkəti iştirak edir.

İyunun 5-nə olan rəsmi məzənnə - 0,8209 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti