...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 6 İyun 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyunun 5-də qiyməti 1 barel üçün 125,49 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barrel üçün 0,4 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın iyunun 5-də qiyməti 1 barel üçün 124,19 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,21 dollar çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

İyunun 5-də URALS neftinin qiyməti 1 barel üçün 115,72 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,89 dollar çoxdur.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin iyunun 5-də qiyməti 1 barel üçün 122,56 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,52 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti