Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir E.İsmayılov/ Hazırda Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstana 1,2-1,3 mln. kubmetr şəxsi təbii qazını tədarük edir. Bu barədə bazar ertəsi hökumətdən məlumat veriblər.
Bu il ərzində Gürcüstana təqribən 600 mln. kubmetr qaz tədarük ediləcəyi gözlənilir. Azərbaycanın Dövlət Neft Şirkəti oktyabrda qaz tədarükünü 7 mln. kubmetrədək artırmaq niyyətindədir.
Tədarük olunan qazın dəyəri açıqlanmır. Lakin məlumdur ki, o, ötən ildə tədarük edilən qazın qiymətinə nisbətdə yüksək olmalıdır. Azərbaycan 2007-ci ildə qazı Gürcüstana hər 1 min kubmetr görə $120 qiyməti üzrə tədarük edib. Bu il qiymətin 1 min kubmetrinə görə $180-190-dək artırılacağı gözlənilir.
Gürcüstan qazın bir hissəsini 1 min kubmetrinə görə $235-a Rusiyadan alır.
Azərbaycanın Dövlət Neft Şirkəti işlədiyi yataqlardan hasil etdiyi şəxsi qazı var.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]