...

BP-nin məlumatlarına görə Azərbaycanda neft və qazın istehlakı azalıb

Energetika Materials 12 İyun 2008 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend Cap / Britaniyanın iri neft şirkəti BP "Dünya energetkasının icmalı - 2008" hesabatında 2007-ci ildə Azərbaycanda neft istehlakının 4,5 mln. ton olduğunu elan edib ki, bu, istehlakın ümumi dünya göstəricisinin 0,1 faizini təşkil edir. 2007-ci ildə Azərbaycanda istehlakın həcmi, 2006-cı illə müqayisədə, 7,1 faiz azdır.

Dünyada neftin istehlakı üzrə birinci yeri, ümumi dünya istehlakının 23,9 faizini təşkil edən 943,1 mln. (2006-cı ilə nisbətən 0,1 faiz azalıb) ton həcmlə, ABŞ tutur.

BP Qazaxıstanda neftin istehlakını 10,6 mln. ton (3,2 faiz azalıb) qiymətləndirir ki, bu da ümumi dünya göstəricisinin 0,3 faizini təşkil edir. İran 2007-ci ildə 77 mln. ton (0,4 faiz) - ümumi dünya göstəricisinin 1,9 faizini istehlak edib. 2007-ci ildə Türkmənistanda istehlak 4,7 mln. ton (3,6 faiz çox) - ümumi dünya göstəricisinin 0,1 faizini təşkil edib. Ötən il Rusiyada 125,9 mln. ton (0,9 faiz) - ümumi dünya göstəricisinin 3,2 faizi həcmində neft istehlak edilib.

BP-nin rəsmi saytında yerləşdirilən hesabata əsasən, 2007-ci ildə Azərbaycanda qaz istehlakı 8,3 mlrd. kubmetr təşkil edib ki, bu da 2006-cı ildəkindən 12 faiz çox olub və ötən il ümumi dünya istehlakının 0,3 faizini təşkil edib.

2007-ci ildə Qazaxıstanda qaz istehlakı 19,8 mlrd. kubmetr təşkil edib ki, bu da 2006-cı ildən 5,4 faiz çoxdur. 2007-ci ildə Rusiyada qaz istehlakı 438,8 mlrd. kubmetr təşkil edib və 2006-cı ildən 1,6 faiz çox olub. 2007-ci ildə Türkmənistanda qazın istehlakı 21,9 mlrd. kubmetr təşkil edib və bu göstərici 2006-cı ildən 15,8 faiz ıoxdur. 2007-ci ildə İranda qaz istehlakı 111,8 mlrd. kubmetr - 2006-cı ildən 2,9 faiz çox olub.

Xəbər lenti

Xəbər lenti