Azərbaycan, Bakı, 12 iyun/ Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Energetika İnformasiyası Dövlət İdarəsi (EİA) 2009-cu ildə OPEK-in mənfəətinin 2008-ci ildə $1,178 mlrd.-a qarşı $0,036 mlrd. - $1,214 mlrd.-dək artacağını proqnozlaşdırır.
EİA-nıən qiymətləndirməsinə görə, 2006-cı illə müqayisədə ötən il OPEK-in mənfəəti 10 faiz artıb. EİA-nın qiymətləndirmələrinə əsasən, 2007-ci ildə OPEK-in mənfəəti $673 mlrd. - 2008-ci ildən $505 min az olub.
2007-ci ildə mənfəətin böyük hissəsi Səudiyyə Ərəbistanının payına düşüb - $194 mlrd. Bu ötən il OPKE-in ümumi mənfəətinin 29 faizini təşkil edib.
EİA-nın qiymətləndirmələrinə görə, 2008-ci ildə OPEK ölkələrindən ümumi neft tədarükü həcmi 2007-ci ildə sutkada 35,41 mln. barelə qarşı sutkada 37,1 mln. barel təşkil edəcək. Proqnozlara görə, 2009-cu ildə tədarük həcmi cüzi azalacaq və sutkada 37,08 mln. barel təşkil edəcək.
Energetika İnformasiyası Dövlət İdarəsi ABŞ-ın 1977-ci ildə Konqresin yaratdığı Energetika üzrə departamentinin statistika agentliyidir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Cap