...

Özbəkistan-Çin qaz kəmərinin tikintisinə bu ilin iyulunda başlanılacaq

Energetika Materials 16 İyun 2008 14:51 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 16 iyun/ Trend , müxbir T.Jukov/ Gücü 30 mlrd. kubmetr olan "Özbəkistan-Çin" qaz kəmərinin tikintisi cari ilin ikinc yarımili üçün nəzərdə tutulub. Bu barədə Milli Holdinq Şirkəti (MHŞ) "Özbəkneftqaz"ın İdarə Heyətnin sədri Nurməhəmməd Əhmədov məlumat verib.

Özbəkistan prezidentinin qərarı ilə təsdiqlənən qrafika müvafiq olaraq, 2009-cu ilin sonunadək qaz kəmərinin birinci hissəsi və kompressor stansiyasının tikintisini başa çatdırmaq nəzərdə tutulur. Qrafikə əsasən, birinci mərhələ 2010-cu ilin yanvarında başa çatır. 2012-ci ilin yanvarına qaz kəmərinin ikinci hissəsinin və daha iki kompressor stansiyasının tikintisini başa çatdırmaq planlaşdırılır.

Layihə uzunluğu 525 kilometr olan "Özbəkistan-Çin" qaz kəmərinin tikintisi və istismarı prinsiplər haqqında hökumətlərarası saziş çərçivəsində həyata keçirilir. Özbəkistan-Çin BM Asia Trans Gas MMC beynəlxalq kredit vəsaitləri hesabına bu layihənin reallaşdırılması üzrə sifarişçi və maliyyələşdirici orqandır. Qaz kəmərinin layihələndirilməsi, tikintisi və gələcək istismarı BM-in üzərinə qoyulub. Birgə müəssisənin təsisçiləri kimi, MHŞ"Özbəkneftqaz" və Çin Milli Neft-qaz Korporasiyası (CNPC) çıxış edir. Onlar hər biri 50% iştirak payına malikdirlər.

Qaz kəmərinin birinci qaynaq birləşdirilməsini artıq 2008-ci il iyulun 1-də həyata keçirmək nəzərdə tutulur. Bundan əlavə, tərəflər bu tarixədək maliyyələşdirmə mənbələri və əsas obyektlərin tikintisi üçün maliyyələşdirmənin açılmasını müəyyən etməlidirlər.

"Özbəkneftqaz" MHŞ Özbəkistanda ixrac qaz kəmərlərinin inkişafı və daxili magistral qaz kəmərlərinin yenidən qurulması üçün 2010-cu ilədək $1,5 mlrd.-dək vəsait cəlb etməyi planlaşdırır. Əvvəllər holdinqin sədr müavini Şəvkət Məjitov bəyan edib ki, Özbəkistan 2008-ci ildə təbii qaz ixracını ötən ilki 14,7 mlrd. kubmetrdən 16 mlrd. kubmetrədək artıracaq. Bu il qaz hasilatı ötən ilki 65,3 mlrd. kubmetrdən 67,8 mlrd. kubmetrədək artmalıdır.

Rusiyanın "Qazprom" ASC ilə razılığa müvafiq olaraq, bu il ümumi ixrac həcmindən təqribən 12 mlrd. kubmetr Rusiyaya, qalan 4 mln. kubmetr isə regionun qonşu ölkələrinə - Qazaxıstan, Qırğızıstan və Tacikistana göndəriləcək. 2007-ci ildə Rusiyaya 10,5 mlrd. kubmetr, Qazaxıstana - 2,8 mlrd. kubmetr, Qırğızıstan və Tacikistana isə müvafiq olaraq 0,75 və 0,65 mlrd. təbii qaz göndərilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti