...

Türkiyənin TPAO şirkətinin Azərbaycana sərmayələri digər ölkələrdə neft layihələrinə yatırımları nəzərəçarpacaq dərəcədə ötüb

Energetika Materials 24 İyun 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun/ Trend / 2007-ci ildə Türkiyənin TPAO şirkətinin Azərbaycana qoyulan sərmayələri ı təqribən $374,5 mln. təşkil edib. Şirkətin Azərbaycanda çalışdığı bütün dövr ərzində sərmayələr təqribən $3 mlrd. təşkil edib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

TPAO Azərbaycan, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Liviya, Əlcəzairdə işlədiyi dövrlər ərzində $3,24 mlrd. sərmayə yatırıb.

2007-ci ildə TPAO-nun 6,8 faiz paya malik olduğu "Azəri-Çıraq-Günəşli" dəniz yataqlarının tammiqyaslı işlənilməsi layihəsində şirkət tərəfindən $298 mln. (işlər başlanandan təqribən $2 mlrd.) sərmayə yatırılıb. TPAO-nun 9 faiz iştirak payına malik olduğu "Şahdəniz" qaz-kondesat yatağının işlənilməsi layihəsinə 2007-ci ildə təqribən $74 mln. yatırılıb (cəmi $410,7 mln.). Cənubi Qafqaz qaz kəməri (SCP) (9 faiz iştirak) və Bakı-Tbilisi-Ceyhan neft kəmərinə (6,53 faiz) 2007-ci ildə müvafiq olaraq, $1,5 mln.-dan çox və $60,7 min yatırılıb. Ümumilikdə TPAO şirkəti SCP və BTC layihələrinə müvafiq olaraq təqribən $109 mln. və $324 mln. yatırıb.

2007-ci ildə TPAO "Alov" layihəsinə $53,7 min (cəmi təqribən $26 mln.) yatırıb.

2007-ci ildə və əməliyyatların başlanılmasından etibarən TPAO-nun müxtəlif beynəlxalq layihələrə qoyulan sərmayələrinin ümumi cədvəli:

2007-ci ildə kəşfiyyat və işlənilmə üzrə beynəlxalq layihələrə sərmayələr
ABŞ dolları
2007-ci ildə Ümumilikdə
Azərbaycan 374.467.723 2.881.903.929
Azəri - Çıraq - Günəşli 298.021.919 1.988.736.479
Şahdəniz 74.034.554 410.745.432
Cənubi Qafqaz qaz kəməri 1.501.873 108.979.872
Alov 53.700 26.115.207
Kürdaşı - 17.302.390
Bakı - Tbilisi - Ceyhan 60.677 324.212.700
Bakı ofisi 795.000 5.771.849
Qazaxıstan 16.206 287.689.244
Türkmənistan 133.070 4.647.542
Liviya 16.372.237 41.187.019
Liviya blok147/3-4 9.212.339 19.079.339
Liviya blok NC/188-NC/189 7.159.898 22.107.680
Gürcüstan 36.461 602.129
Əlcəzair - 25.548.592
Yeni müəssisələr  105.450 105.450 
Digərləri  155.971 155.971 
Ümumilikdə 391.287.118 3.241.839.876
Xəbər lenti

Xəbər lenti