...

Bakı NEZ şəffaf neft məhsulunun yuyulması üzrə yeni qovşağın tikintisini başa çatdırıb

Energetika Materials 25 İyun 2008 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) iyulda dizel yanacağının qələvidə yuyulması üzrə yeni qovşağı istismara verəcək. Bu barədə çərşənbə günü NEZ-dən məlumat veriblər.

Zavod nümayəndəsinin sözlərinə görə, dizel yanacağının qələvidə yuyulması üzrə tikintisi artıq başa çatan yeni qovşağın gücü ildə 1 mln. ton təşkil edir.

"Hazırda qovşağın iyulun birinci ongünlüyündə istismara verilməsi üçün sazlama işləri aparılır", - zavodda bildiriblər.

Bu il zavodda 5 mln. ton neft emal etmək nəzərdə tutulur. Nefti ARDNŞ tədarük edir. O, nefti yataqlardan şəxsi vəsaitləri hesabına hasil edir. Yanvar-mayda BNEZ-də təqribən 2 mln. ton neft emal edilib. 2008-ci ilin beş ayı ərzində zavodda 2007-ci ildə 498 min tona qarşı 930 min ton dizel yanacağı istehsal edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti