...

BP "Şahdəniz" yatağında yeni quyunun qazıma işlərini başa çatdırıb

Energetika Materials 1 İyul 2008 21:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir S.Əliyev/ Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz kondensat yatağının işlənməsi üzrə texniki operator olan BP şirkəti TPG-500 platformasından beşinci istismar quyusunun qazıma işlərini başa çatdrıb. Bu barədə çərşənbə axşamı hökumətdən məlumat verilib.

Hökumətdən bildiriblər ki, quyunun istismara buraxılmasından sonra yataqda potensial qaz hasilatı sutkada 26-27 mln. kub metrə çatacaq.

Bu gün "Şahdəniz" yatağından qaz hasilatı sutkada 21-22 mln. kub metr təşkil edir. Ümumi həcmdən qaz Azərbaycana satılır, həmçinin Türkiyə və Gürcüstana ixrac olunur və eyni zamanda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin nasos stansiyaları üçün yanacaq qismində verilir.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996-cı ilin iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator- 25,5%), Statoil (25,5%), NICO (10%), Total (10%), LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).

Bu yataqda qaz hasilatına 2006-cı ildə başlanıb. Hazırda qaz Cənubi Qafqaz boru kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da qaz alıcısı qismində çıxış edir.

"Şahdəniz" yatağının işlənilməsi layihəsinin "Mərhələ-1" çərçivəsində ildə 8,8 mlrd. kub metr qaz hasilatı nəzərdə tutulub. Bu il yataqdan 5,7 mlrd. kub metr qaz hasil olunacaq. Bu həcmdən 2,7 mlrd. kub metri Azərbaycan alacaq.

Bu həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşıdlmasına 2012-ci ildən sonra başlanacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kub metrə çatdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti