Azərbaycan, Bakı, 18 iyul/ Trend / İlk yarımildə "Mingəçevir regional enerji təminatı" müəssisəsi 356 mln. kVt/s elektrik enerjisi paylayıb ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 27,3 mln. kVt/s azdır, - cümə günü "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.
"Mingəçevir regional enerji təminatı"müəssisəsinə enerjini "Azərenerji"- yeganə dövlət elektrik enerji itehsalçısı təmin edir.
"Mingəçevir regional enerji təminatı" müəssisəsinin istifadə etdiyi elektrik enerjisinə görə ödəniş yanvar-iyunda 62,6 faiz (13,7 mln. manat) təşkil edib ki, bu da keçən ilin göstəricisindən 19 faiz çoxdur. Əhali üzrə ödəniş 88 faiz olub. Keçən il bu göstərici 49 faiz idi.
İyunda müəssisə cəmi 47,6 mln. kVt/s elektrik enerjisi paylayıb. Keçən il bu göstərici 47,7 mln. kVt/s olub.
İyunda elektrik enerjisinə görə ödəniş 2,4 ml. manat (83 faizdən çox) təşkil edib. Keçən il bu 2,1 mln. manat (72 faizdən çox) olub.