...

Gürcüstanın azərbaycanlılar yaşayan rayonunda SES açılır

Energetika Materials 18 İyul 2008 20:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 iyul/ Trend , müxbir N.Kirtsxaliya/ İyulun 21-də ABŞ -ın Beynəlxalq İnkişaf Agentliyinin həyata keçirdiyi "Kəndlərdə energetikanın inkişfafı" proqramı çərçivəsində, Kaxeti regionunun azərbaycanlıların məskunlaşdığı rayonunda kiçik SES açılacaq. Bu barədə "Kəndlərdə energetikanın inkişafı" Proqramında məlumat veriblər.

Bu su - elektrik stansiyası 1950 - ci ildə tikilib, 1990 - cı ildə özəlləşdirilib. Proqram çərçivəsində bərpa işləri 2006 -cı ildə yaradılıb. Stansiyanın gücü 500 kilovatdan 1,5 meqavatadək artıb və nəticədə, ES-in illik istehsalı 8,25 mln. kilovat-saatadək yüksəlib.

ABŞ -ın Beynəlxalq İnkişaf Agentliyi biznes-plan hazırlayıb. Bunun nəticəsində illik 14 faiz dərəcə altında beş il müddətinə 290 000 dollar kredit cəlb etmək mümkün olub. Agentlik özü 160 000 dollar məbləğində qrant ayırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti