Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir E.İsmayılov/ Gürcüstan Qara dəniz limanlarına aparan Tbilisi yaxınlığındakı alternativ dəmir yolu körpusünün istifadəsindən köpünün möhkəm olmaması səbəbinə görə imtina edib. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən (DDYİ) bildiriblər. Bu körpüdə bir neçə gün iş aparılıb, lakin dünən ekspertlərin gəldiyi nəticəyə görə, körpü neft maye və quru yüklərin nəqli üçün yararsızdır.
"Alternativ dəmir yolunun yararsızlığı səbəbindən bu körpü ilə nəql reallaşdırılmaycaq", - deyə DDYİ-dən bildiriblər.
Hazırda Kaspi şəhəri yaxınlığında əvvəllər partladılan körpünün bərpası üçün gərgin iş aparılır, bunun üçün minimum 10 gün tələb olunur. Hazırda dəmir yolu ilə Qara dəniz limanlarına yük daxil olmur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: capital