...

"Caspian Pipe Coatings" ARDNŞ -nin yeni qaz kəməri üçün boruları betonlayır

Energetika Materials 28 Avqust 2008 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend / "Caspian Pipe Coatings" zavodu iki həftə ərzində "Şimal" elektirik stansiyası və Bakının ətraf qəsəbələrinin mavi yanacaqla təmin edilməsi üçün nəzərdə tutulan Bahar-Hövsan-Suraxanı qaz kəmərinin tikinitsi üçün ümumi uzunluğu 13 km olan 1173 borunu betonla örtükləyib. Bu barədə ARDNŞ-nin cümə axşamı yayılan məlumatında bildirilir. Zavod boruların betonlanması prosesinə avqustun ortalarında başlayıb.

20 düymlük Bahar-Hövsan-Suraxanı boru kəmərinin ümumi uzunluğu 49 km (Sualtı hissəsi 37 km, yer üstü hissəsi 12 km) təşkil edir. Boru kəməri ARDNŞ -nin Qaz Proqramı çərçivəsində 2008 -ci ilin əsas buraxılış obyektlərindən biridir.

Proqram ARDNŞ -nin şəxsi vəsaiti hesabına öz yataqlarından hasil etdiyi qaz hasilatının ildə 8 mlrd. kub metrədək artırılmasını nəzərdə tutur. Bu həcmin 7 mlrd. kub metri dövlətə təhvil veriləcək.

ARDNŞ -nin rəsmi saytında bildirilir ki, "Caspian Pipe Coatings" zavodunda iştirak payının yarısı ARDNŞ -yə, 45 faizi "Azertrans" şirkətinə və beş faizi "Azinvest" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti