...

ABŞ Azərbaycanın enerji sahəsində qərb ölkələri ilə əməkdaşlığa bağlılığını yüksək qiymətləndirir - Dik Çeyni

Energetika Materials 4 Sentyabr 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend / Prezident İlham Əliyev ABŞ-ın vitse-prezidenti Dik Çeyni ilə görüşdə ABŞ-ın dəstəyi və Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan enerji layihələrini "uğurlu hadisə" adlandırıb.

"Bütün bu layihələr artıq reallaşdırılıb. Bu, sözün əsl mənasında uğurlu hadisədir", - deyə İlham Əliyev çərşənbə günü Bakıda Çeyni ilə görüşdə bildirib. Bu barədə cümə axşamı rəsmi mətbuatda məlumat verilib.

Çeyninin sözlərinə görə, ABŞ Azərbaycanın enerji sahəsində qərb ölkələri ilə əməkdaşlığa bağlılığını yüksək qiymətləndirir.

"Biz, beynəlxalq ictimaiyyət və bizim üçün enerji təhlükəsizliyi məsələlərinin həllinə xüsusi diqqət ayırırıq", - deyə Çeyni görüşdə bildirib.

Onun sözlərinə görə, ABŞ Avropa ölkələri, o cümlədən Türkiyə ilə birgə qətiyyətlə inanır ki, təbii resursların azad nəqlinin təminatı və əlavə ixrac marşrutlarının hazırlanması üçün Azərbaycan, Qafqaz ölkələri və Mərkəzi Asiya ilə birgə iş aparılmalıdır.

"Bazar iqtisadiyyatı prinsiplərinin işlədiyi bir məqamda, informasiya şəffafdır, enerji daşıyıcılarının ixrac marşrutları müxtəlif və etibarlıdır və bütün xalqlar ən münasib xidmətlərdən istifadə edirlər", - deyə Çeyni bildirib.

Xəbər lenti

Xəbər lenti