...

Qazaxıstan "Kaşağan"yatağından neftin alınmasının yeni tarixini sığortalanmaq məqsədilə deyib

Energetika Materials 4 Sentyabr 2008 16:40 (UTC +04:00)

Qazaxıstan, Astana, 04 sentyabr/ Trend , müxbir K.Konırova/ "Kaşağan"yatağından ilk neftin alınmasının 2013-cü ildən 2014-cü ilə keçirilməsi fors-major hallardan sığortalanmaq məqsədilə deyilib, - cümə axşamı Astanada KazEnergy Assosiasiyasının rəhbəri Timur Kulibayev deyib.

O, mətbuat konfransında daha sonra dəqiqləşdirib ki, yayda Qazaxıstan hökuməti və Agip KCO Konsorsiumu arasında imzalanmış memoranduma əsasən, ilk neft hasilatı tarixi 2013-cü ilin noyabrına təyin olunub.

"Bu qışda olacaq və bu dövrdə hasilat çətinləşəcək. Buna görə də mən 2014-cü il demişəm. Təkcə yataq yox, həm də neftin qəbul edilməsi üzrə yerüstü infrastruktur da hazır olmalıdır", - Kulibayev aydınlaşdırıb.

Bu gün Qazaxıstan prezidentinin Xəzər Dənizi regionu üzrə müşaviri, "Kazaxoyl"un keçmiş rəhbəri və keçmiş Baş nazir Nurlan Balgimbayev deyib ki, "Kaşağan"dan ilkin neftin alınmasına dair real müddət 2014-cü ildir.

"Bu, həm texniki və həm də geoloji baxımdan çox mürəkkəb layihədir", - Balgimbayev qeyd edib.

Cümə axşamı Astanada keçirilən "Qlobal çağırışlar - enerji həlli"III Avrasiya Enerji Forumunun kuluarlarında, istər qazax, istərsə də xarici neftçilər "Kaşağan"dan ilk neftin alınmasına 2015-ci il tarixini aid edirlər.   

Xəbər lenti

Xəbər lenti