Qazaxıstan, Astana, 11 sentyabr/ Trend , müxbir K.Konırova/ İqtisadiyyat və Büdcə Planlaşdırması Nazirliyinin hesablamalarına əsasən, 2008-ci ildə Qazaxıstanda neft hasilatı həcmi 67,3 mln. ton olacaq, Trend -ın Astanadakı xüsusi müxbiri xəbər verir.
2009-cu ildə ölkədə 79,2 mln. ton neft və kondensat hasil etmək planlaşdırılır, Məclisin (parlamentin) Astanada keçirilən plenar iclasında yayılan üçillik büdcə layihəsində göstərilir.
Sənədə əsasən, 2010-cu ildə hasilat həcminin 81,3 mln. ton, 2011-ci ildə isə 81,6 mln. ton olacağı proqnozlaşdırılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]