...

Polşa Rusiyadan idxal olunan qazdan asılılığını yarıyadək azaltmaq istəyir

Energetika Materials 13 Sentyabr 2008 13:58 (UTC +04:00)

Krınitsa, Polşa, 13 sentyabr/ Trend , müxbir V.Şərifov/ Polşanın "Doradztwo Gospodarcze DGA SA" şirkətinin müşaviri Yanuş Ştaynxof hesab edir ki, qazın yalnız bir mənbədən - Rusiyadan alınmasından asılılığın yarıyadək azaldılması Polşa üçün qaz idxalının səmərəli diversifikasiyası olacaq.

"Lakin Polşada hələ ki, enerji tədarükünün diversifikasiyası yoxdur", - deyə Ştaynxof bu həftə Polşanın Krınitsa şəhərində keçirilən 18-ci İqtisadi Forumunda bildirib.

Hazırda Polşa, daxili bazarda yanacağın bu növünə olan tələbatın 60 faizini Rusiya qazı hesabına ödəyir. Ştaynxof bildirib ki, Polşa üçün qaza olan tələbatın yalnız üçdə birinin Rusiya yanacağı hesabına təmin edilməsi daha səmərəli olardı. Onun rəyinə görə, Polşada qaza olan tələbatın digər üçdə birini daxili istehsal hesabına, qalan hissəsini isə başqa mənbələr hesabına təmin etmək olar.

"Hazırda bir çox dünya ölkələri üçün rəqabətin qurulması və şəbəkəyə daxil olmaq çətinliyi əsas problmedir", - deyə Yeji Buzek hökuməti zamanı Polşanın iqtisadiyyat naziri olan Ştaynxof forum çərçivəsində keçirilən "Mərkəzi və Şərqi Avropaya təbii qaz tədarükü - tədarükçü və istehlakçı ölkələrin iqtisadi şərtləndirilməsi" seminarında çıxışı zamanı bildirib.

Forumda keçirilən digər seminarın ekspertləri Polşaya bərpa oluna bilən enerji mənbələrinin lazım olması fikiri ilə həmrəy olublar, belə ki, indi bu ölkədə enerjiyə olan tələbatın 90 faizdən çoxu şəxsi kömür hasilatı hesabına təmin olunur.

Forum çərçivəsində keçirilən "Bərpa olunan enerji" seminarında iştirak edən mütəxəssislər bildiriblər ki, külək qurğularının köməyi ilə enerji istehsalının tutumu stansiyalarda kömürün yandırılması hesabına əldə olunan enerjidən azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti