...

BP Xəzərin Azərbaycan sektorundakı "Mərkəzi Azəri" platformasında hasilatı dayandırıb və personalı evokuasiya edib

Energetika Materials 17 Sentyabr 2008 15:46 (UTC +04:00)
BP Xəzərin Azərbaycan sektorundakı "Mərkəzi Azəri" platformasında hasilatı dayandırıb və personalı evokuasiya edib

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend / "Mərkəzi Azəri" yatağında qaz tullantıları aşkar olunduğundan, BP şirkəti bu yataqdan hasilatı dayandırıb və personalı evokuasiya edib. Bu barədə çərşənbə günü "Azəri" - "Çıraq"-"Günəşli" yataqlarının işlənmə layihəsinin operatoru BP Azerbaijan - dan bildiriblər.

"Qaz platformada quraşdırılan detektorlar vasitəsilə aşkar olunub. Təhlükəsizlik məqsədi ilə platformanın personalı oradan köçürülb", - deyə şirkətdən bildiriblər.

"Mərkəzi Azəri" yataqlardan hasil edilən neft və qazın nəqli zəncirində əsas platformadır. "Qərbi Azəri", "Şərqi Azəri" yataqlarında yerləşən digər platformalardan neft və qaz "Mərkəzi Azəri" platformasına, buradan da Səngəçal terminalına tədarük edilir. Səngəçal terminalından neft Bakı -Tbilisi - Ceyhan neft kəməri vasitəsilə ixrac olunur.

BP - dən "Mərkəzi Azəri" platformasında işin dayandırılmasının digər yataqlarda neft və qaz hasilatına təsir göstərib - göstərməməsi barədə məlumat verməyiblər.

"Azəri-Çıraq-Günəşli" yatağında Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə ixrac olunan Azeri Light növlü neft hasil edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti