...

SOCAR Pakistan bankına üç layihə üzrə əlavə xərcləri maliyyələşdirməyi təklif edib

Energetika Materials 3 Oktyabr 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir İ.Xəlilova/ "SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti)  National Bank of Pakistan (NBP Bank)-dan həm ölkə daxilində, həm də xaricdə layihələrin əlavə xərclərinin maliyyələşdirməsi üçün orta hesabla $300-500 mln.cəlb etməyə hazırdır", - cümə günü bankın Bakı filialının baş meneceri Sohali Əhməd (Sohail Ahmad) deyib.

Kredit vəsaitləri üç layihə üzrə - Türkiyənin Tekfen Holding şirkəti ilə birgə layihə, "Azəri-Çıraq-Günəşli" dəniz yatağı blokunun işlənməsi layihəsi və Gürcüstandakı Kulevi terminalı ilə bağlı layihə üzrə istənilib.

" SOCAR-la danışıqlar bankın Mərkəzi Asiya üzrə regional direktorunun Bakıya gözlənilən səfərinin gedişində davam etdiriləcək. Səfərin oktyabrın sonunadək baş tutacağı gözlənilir", - Bakı filialının rəhbəri bildirib.

Əhmədin sözlərinə görə, SOCAR paralel olaraq Avropa Bankı ilə də danışıqlar aparır.

"Maliyyələşdirmə NBP-nin baş ofisi tərəfindən təkilf edilir, buna görə də qərarı o qəbul edəcək. Biz operator qismində çıxış edə bilərik və sərmayə yatırımı imkanlarını axtarırıq", - filialın rəhbəri deyib."

National Bank of Pakistan 1949-cu ildə təsis edilib. Bank Pakistan hökumətinin 75 faizlik iştirakı ilə yaradılıb. Hazırda NBP Bank-ın 17 xarici filialı var. Onun aktivləri $12 408 mln. təşkil edir. Sərmayələr $3 431 mln. dəyərində həyata keçirilib. NBP Bank "stabil" proqnozu ilə "ААА" kredit reytinqinə malikdir.

SOCAR bütün struktur bölmələri nəzərə alınmaqla indiyədək orta hesabla $1 milyard xarici borc cəlb edib. Onlardan $200 мln. "Azəri-Çıraq-Günəşli"dəniz yatağı blokunun işlənməsi layihəsi üçün neft girovu əsasında alınıb. Neft satışından asılı olaraq, banklar özləri kreditlərin ödənilməsini təmin edirlər. (NBP Bank-la da analoji borc mexanizmi nəzərdən keçirilir).

ABN Amro və Citibank-ın bukrayneri qismində çıxış etmiş $600 mln.məbləğində qeyri-zəmanətli sindikatlaşdırılmış kredit, Türkiyədə Petkim neft-kimya konserninin səhmlərinin alınması ilə bağlı cəlb edilib.   

Xəbər lenti

Xəbər lenti