...

Bakıda dairəvi elektrik təchizatı sistemi yaradılır

Energetika Materials 3 Oktyabr 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Hazırda "Bakıelektrikşəbəkə" ASC - nin (Bakının elektrik paylayıcı şəbəkəsini idarə edir) yaradılması ilə məşğul olduğu Bakının dairəvi elektrik təchizatı sistemi əhalini fasiləsiz və keyfiyyətli enerji ilə təmin etməyə imkan verəcək", - ASC - nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev cümə günü bildirib.

"Dairəvi sistemin yaradılması 2007 - 2009 - cu illərdə Bakının paylayıcı şəbəkələrinin inkişafı Proqramı çərçivəsində, 2008 - ci ildə başlayıb", - Mustafayev qeyd edib.

Dairəvi elektrik təchizatı sistemi 110/35/10 KVt - lik "İçəri şəhər", "Liman" və yeni "227" yarımstansiyasının 110 KVt gücündə mövcud şəbəkə ilə birləşdirilməsini nəzərdə tutur.

Mustafayevin sözlərinə görə, yeni sistemin yaradılması və onun tədricən istismara verilməsi üç mərhələdə reallaşdırılacaq.

"Elektrik enerjisinin fasiləsiz verilməsi üçün birinci mərhələdə dairəvi sistem Bakı və ətraf rayonlarda tətbiq ediləcək", - ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti