...

Yarım ildən sonra Rusiyadan yan  keçməklə Avropaya qaz ixracı sazişi imzalana bilər – ABŞ - ın enerji məsələləri üzrə nümayəndəsi

Energetika Materials 11 Oktyabr 2008 12:17 (UTC +04:00)
Yarım ildən sonra Rusiyadan yan  keçməklə Avropaya qaz ixracı sazişi imzalana bilər – ABŞ - ın enerji məsələləri üzrə nümayəndəsi

Azərbaycan, Bakı, 11 oktyabr/ Trend / ABŞ - ın Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey Romada jurnalistlər qarşısında çıxışında bildirib ki, təxminən yarım ildən sonra Rusiyadan yan keçməklə, Mərkəzi Asiya Qazının Avropaya ixracı haqqında saziş bağlanıla bilər. O qeyd edib ki, qazın tranzitinin daha ağlabatan yolu Türkiyədən keçir. Eyni zamanda, Qrey söhbətin hansı qaz kəmərindən getdiyini dəqiqləşdirməyib, - RBK  Associated Press - ə istinadən xəbər verir.

ABŞ - ın Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsinin sözlərinə görə, Mərkəzi Asiyada "TGİ və Nabucco üçün kifayət qədər qaz var".

Uzunluğu 4 min km olan Nabucco qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Asiya və Xəzər qazının Avropaya ixracını təmin etmək üçün nəzərdə tutulub. Qaz kəmərinin 2011 - ci ildə istismara veriləcəyi planlaşdərılıb. Əvvəllər kəmərin ilkin dəyərinin təxminən 5 mlrd. avro olduğu bildirilsə də, 2008 - ci ilin mayında layihənin iştirakçıları onun 1,5 dəfə - 7,9 mlrd. avroyadək artmasını bəyan ediblər.

Layihənin bahalaşması neftin qiymət artımı və polada tələbatın yüksəlməsi ilə bağlıdır. Nabucco - nun işlənilməsi ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin BOTAS, Bolqarıstanın Bulgargaz və Rumıniyanın Transgaz şirkətləri məşğul olur.

TGİ Azərbaycan qazının Qərbi Avropaya nəqli üçün nəzərdə tutulan tranzit qaz kəmərinin tikintisi layihəsidir. Boru kəmərinin qolu Türkiyə, İtaliya və Yunanıstanı birləşdirir.

Xəbər lenti

Xəbər lenti