...

SOCAR yanvar-oktyabrda neft məhsullarının ixrac həcmini açıqlayıb

Energetika Materials 4 Noyabr 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend / SOCAR şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) 2008-ci ilin yanvar-oktyabrında neft emalı zavodlarından təxminən 2 mln. ton neft məhsulu ixrac edib. Ötən ilin analoji dövründə bu rəqəm 2,5 mln. tona bərabər olub. Oktyabrda ötən ilin müvafiq ayındakı 293,762 min tona qarşı 343,7 min ton neft məhsulu ixrac edilib.

Ötən ay dünya bazarlarında avtomobil benzinin bir tonunun qiyməti 627,09 dollar, aviasiya yanacağı - 755,49 dollar/ton, dizel yanacağı - 688,03 dollar/ton, mazut - 405,95 dollar/ton təşkil edib.

Azərbaycanın Dövlət Neft Şirkətinin neft məhsulları ixracının ümumi cədvəli:

Neft məhsulu

Yanvar-oktyabr  - 2007-ci il

(min. t)

Yanvar-oktyabr  - 2008 - ci il

(min. t)

Dizel yanacağı

1136,927

1127,259

Mazut

696,480

440,798

Avtomobil benzini

311,549

310,613

Aviasiya kerosini

284,688

189,141

Nafta

Sürtkü yağları

26,232

0

Bitum

21,667

0

Xəbər lenti

Xəbər lenti