Qazaxıstan, Astana, 04 noyabr/ Trend , müxbir K.Konırova/ Noyabrın 13-14 - də Almatıda "Mərkəzi Asiyanın neft məhsulları bazarı: inkişaf tendensiyaları, texnologiyalar, YDM üçün avadanlıq" II Beynəlxalq Konfransı keçiriləcək, -- ""KazMunayqaz" Ticarət Evi" SC-nin mətbuat xidməti xəbər verir.
"Konfransın keçirilməsində məqsəd yalnız Qazaxıstanın deyil, Mərkəzi Asiya regionunun digər ölkələrinin neft məhsulları sahəsi üçün səciyyvti olan mühüm problemlərin həllinin axtarışıdır", - şirkətin press-relizində bildirilir.
""KazMunayqaz" Ticarət Evi" SC-nin mətbuat xidmətinin məlumatlarına əsasən, konfransda Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Qırğızıstan və Rusiyadan olan fraxt agentlərinin, neft məhsullarının daşınması, saxlanılması ilə məşğul olan neft şirkətlərinin, treyderlərin, neft emalı şirkətlərinin 200-ə yaxın nümayəndəsi iştirak edəcək.
"Konfrans iştirakçıları bazar iştirakçılarının maraqlarının sivil şəkildə təmsil olunması və dövlət orqanları ilə qarşılıqlı əlaqələr üçün Qazaxıstanın Yanacaq Birliyinin yaradılması imkanlarını müzakirə edəcəklər", - məlumatda qeyd olunur.
Press-relizdə bildirilir ki, konfransın proqramına akual mövzuların müzakirəsi daxildir: istehlak dinamikası və yanacaq bazarlarında qiymətlə bağlı vəziyyət; neft məhsulları bazarının və yanacaq seqmentində, satılan yanacağın keyfiyyət göstəricilərinin monitorinqi sahəsində dövlət tənzimləməsi siyasəti.
Konfrans iştirakçıları milli pərakəndə satış şəbəkələrinin təşəkkülü və inkişafı ilə bağlı planlar, neft məhsulları bazarının inkişafı məsələsində neft şirkətlərinin mövqeləri ilə tanış olacaqlar.
"Bu konfrans neft məhsulları bazarı oyunçuları və neft məhsulları bazarında hökumətin siyasətinin realizəsinə görə cavabdeh olan dövlət orqanları üçün dialoq meydanı olmalıdır", - press-relizdə bildirilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]