...

ABŞ yanvar-avqustda Azərbaycandan neft məhsulları idxalını azaldıb

Energetika Materials 5 Noyabr 2008 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend / 2008-ci ilin yanvar-avqustunda ABŞ Azərbaycandan 308 min barel neft məhsulları idxal edib. Ötən ilin analoji dövründə Azərbaycandan ABŞ-a neft məhsulları idxalı 919 min barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında bildirilir.

Ümumilikdə 2007-ci ildə ABŞ Azərbaycandan 2,2 milyon barel neft məhsulları idxal edib ki, bu da 2006-cı ildə 351 min barelə bərabər olub.

2005-ci ildə ABŞ Azərbaycandan 563 min barel həcmində neft məhsulları alıb.

2004-cü ildə bu göstərici 484 min barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti