...

Neftin qiymətinin bir barelə görə 70 dollardan aşağı düşməsi Azərbaycan üçün narahatlıq doğurmamalıdır - nazir

Energetika Materials 7 Noyabr 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir İ.Xəlilova/ "Dünya bazarlarında neftin qiymətinin azalması Azərbaycanın 2009-cu ilin dövlət büdcəsi üçün narahatlıq doğurmur", - Azərbaycanın maliyyə naziri Samir Şərifov cümə günü parlament komissiyasının 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında bildirib.

"Azərbaycan iqtisadiyyatının neft amilindən hələ də yüksək dərəcədə asılı olması və bir günə iqtisadiyyatın strukturunu dəyişmək mümkün olmasa da, ölkənin sosial-iqtisadi konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlər məhz neft sektorunun inkişafına yönəldilib ki, bu da həmin asılılığı azaltmağa imkan verəcək", - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Dövlət Neft Fondu bu gün sabitləşdirici funksiyalar yerinə yetirir və dövlət büdcəsinə milli valyutada transfertlər həyata keçirir. 2009-cu ildə bu transfertlər 4,915 mlrd. manat həcmində nəzərdə tutulub. Bu, neftin real dəyəri azalarkən büdcəyə mənfi təsiri azaltmağa imkan verir.

İlkin olaraq 2008-ci ilin büdcə xərcləri proqnozlaşdırılarkən neftin qiyməti bir barelə görə 50 dollar səviyyəsində müəyyənləşdirilsə də, sonrada xammalın real dəyərinin 145 dollaradək artması nəticəsində proqnoz 70 dollaradək artırılıb. 2009-cu ilin dövlət büdcəsi formalaşdırılarkən də neftin qiyməti bir barelə görə 70 dollar səviyyəsində müəyyən edilib. "Lakin hesab etmirəm ki, son iki-üç həftədə neftin qiymətinin bu göstəricidən aşağı düşməsi Azərbaycan üçün narahatlıq doğurmalıdır", - nazir bildirib.

Onun rəyinə görə, Azərbaycan bütün dünya proseslərindən, o cümlədən maliyyə böhranı, neftin qiymətinin azalması, ərzaq təhlükəsizliyi ilə bağlı proseslərdən kənarda qala bilməz. Belə ki, artıq qonşu ölkələrdə bu proseslər müşahidə edilir.

"Lakin ölkədə aparılan islahatlar, maliyyə-iqtisadi potensial bu təsiri minimallaşdırmağa imkan verir", - nazir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti