Azərbaycan, Bakı, 13 noyabr / Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Supsa limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tenderi bağlayıb.
600 min barel həcmində neft partiyası 2008-ci il dekabrın 6-7-də Böyük Britaniyanın "Glencore Energy UK LTD" treyderi tərəfindən göndəriləcək. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
Azeri Light nefti "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil edilir və Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.