Qazaxıstan, Astana, 18 noyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstanda 2008-ci ilin yanvar-oktyabrında aviasiya benzini də daxil olmaqla 2057,3 min ton benzin istehsal edilib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 6,4 faiz azdır. Bu barədə Dövlət Statistika Agentliyinin press-relizində bildirilir.
İdarənin məlumatına görə, hesabat dövrü ərzində dizel yanacağı istehsalı 3,4 faiz artıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]