...

Palmali şirkəti ilk "Aframaks" tankerini alıb

Energetika Materials 20 Noyabr 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend / Palmali Şirkətlər Qrupu bu yaxınlarda "Aframaks" tipli ilk iritonnajlı gəmini qəbul edib, - şirkətin məlumatında deyilir. Yaponiya istehsalı olan tankerin dedveyti 105 min ton, uzunlduğu 237,75 metr, eni 42 metrdir. Tanker Palmali donanmasına "Bakı" adıyla daxil olub. Onun ilk reysi Qara dənizdən Uzaq Şərqə, Sinqapuradək olacaq.

Bu ayın sonunda şirkət "Azərbaycan" adlanacaq növbəti "Aframaks" tipli tankeri qəbul etməyi planlaşdırılır, - məlumatda deyilir. Bu tankerlər Bakı - Tbilisi - Ceyhan boru kəmərilə Türkiyənin Ceyhan limanına çatdırılan SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) neftinin nəqli layihəsi çərçivəsində istifadə olunacaq.

Son vaxtlar banklar maliyyə böhranına görə gəmiçilik şirkətlərinə kredit ayırmaqdan imtina etsələr də, Palmali-nin gerçəkləşdirdiyi layihələr iri banklar üçün cəlbedicidir. Bu yaxınlarda HSH Nordbank və DVB Bank Palmali şirkətlər qrupuna 183 mln. dollar məbləğində kredit ayırıblar. Dünya maliyyə böhranı şəraitində belə məbləğin verilməsi onların Palmali-yə etimadının göstəricisidir, - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti