...

Azərbaycanın iri kimya müəssisəsi yanacaq tədarükü üzrə tender elan edib

Energetika Materials 25 Noyabr 2008 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr / Trend / Azərbaycanın iri kimya müəssisəsi Azerikimya DŞ özünün "Etilen-Polietilen" müəsisəsi üçün yanacaq tədarükü üzrə tender elan edib.

Şirkətin məlumatında deyildiyi kimi, 2009 - cu istehsal ili üçün tender yolu ilə 224,5 ton həcmində I-50 markalı sənaye yağı almağı planlaşdırır.

Tenderdə maraqlı olanlar təkliflərini 2009 - cu il yanvarın 9 - dək təqdim etməlidirlər. Tenderdə iştirak qiyməti 330 manatdır. Tender proseduru yanvarın 12 - də müəssisədə keçiriləcək.

Müəlliflə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti