...

"Azəreneji" yeni elektrik stansiyasını istismara verməyə hazırlaşır

Energetika Materials 29 Noyabr 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr / Trend , müxbir E.İsmayılov/ Dekabrın sonunadək "Azəreneji" SC Səngəçalda iri elektrik stansiyasını istismara verməyə hazırlaşır, - şənbə günü SC-dən bildiriblər. Hazırda stansiyada işəsalma-sazlama işləri aparılır.

Səngəçalda elektrik stansiyasının tikilməsilə Finlandiyanın "Wartsila" şirkəti məşğul olur. Elektrik stansiyasının gücü 300 MVt-dan çoxdur. Finlandiya şirkəti Səngəçalda modul elektrik stansiyasının qazdan mazuta keçirilməsinin yeni texnologiyasını təklif edib, bu, həmin prosesi əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Əvvəllər "Wartsila" keçirilmə müddəti kimi 24 saat təklif etmişdi. Hazırda bu müddət yarım saatadək endirilib. Stansiya 18 aqreqatdan ibarətdir.

Ölkənin enerji sisteminin ümumi real gücü 5300 MVt-dır. Yayda enerji ehtiyatı 800 min MVt-dan dan çox olub.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti