Azərbaycan, Bakı, 10 dekabr/ Trend / Ölkənin şimalında yeni Quba elektrik stansiyasının tikintisi çərçivəsində 110 kilovoltluq yarımstansiyasının tikintisi başa çatır. Yarımstansiyasın köməyi ilə elektrik enerjisi ölkənin enerji sisteminə ötürüləcək, - "Azərenerji" SC- nin çərşənbə günü yayılan məlumatında bildirilir.
Stansiyanın tikintisini Azərbaycanın AZENCO tikinti - quraşdırma şirkəti həyata keçirir, Finlandiyanın Wartsila şirkətinin mütəxəssisləri tikinti üzrə məsləhətçidirlər.
Stansiyanın tikintisi üzrə işlər davam edir, artıq bünövrənin betonlaşdırılması başa çatdırılıb. Yardımçı avadanlıq əraziyə çatıdırılıb.Yaxın vaxtlarda Wartsila-nın istehsalı olan aqreqatlar da gətiriləcək.
Gücü 105 MVt olan yeni stansiya Qusar rayonundakı qış dağ-xizək idman kompleksini elektrik enerjisi ilə təmin edəcək və ölkənin şimal regionunun enerji təminatını yaxşılaşdıracaq. Stansiya? hər birinin gücü 8,7 MV olan 12 aqreqatdan ibarət olacaq.