...

Ukraynada qaz hasilatı artıb – Dövlət Statistika Komitəsi

Energetika Materials 15 Dekabr 2008 20:38 (UTC +04:00)

Ukrayna, Kiyev, 15 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın neft - qaz çıxarma müəssisələri yanvar- noyabrda təbii qaz hasilatını ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 faiz - 18,1 mlrd. kubmetrədək artırıblar, - Ukrayna Dövlət Statistika Komitəsi xəbər verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar - noyabrda Ukraynada qaz hasilatı 2007-ci ilin analoji dövrü ilə müqayisədə 5,4 faiz - 2,8 mln. tonadək azalıb. Qaz kondensatı hasilatı 0,5 faiz - 991 min tonadək artıb, neft səmt qazı hasilatı isə 8,3 faiz - 795 mln. kubmetrədək azalıb.

Ukraynın neft - qaz çıxarma müəssisələri 2007-ci ildə təbii qaz hasilatını 2006-cı illə müqayisədə 0,3 faiz - 19,5 mlrd. kubmetrədək azaldıblar. Ötən il ölkədə neft hasilatı 0,3 faiz - 3,3 mln. tonadək artıb.

2007-ci ildə Ukraynada qaz kondensatı hasilatı 2006-cı illə müqayisədə 4,3 faiz - 1 mln. tonadək, neft səmt qazı hasilatı isə 1,1 faiz - 946 mln. kubmetrədək azalıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti