...

Azərbaycan elektrik enerjisi idxalını azaldıb

Energetika Materials 17 Dekabr 2008 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend / 2008 - ci ilin yanvar-oktyabrında Azərbaycana 260,3 mln. kVt/saat elektrik enerjisi idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 63,6 faiz azdır. İdxal edilən elektrik enerjisinin dəyəri 10,2 mln. dollardan çox olub  - ötən ilin analoji dövrü ilə müqayisədə 52,3 faiz az.

2008 - ci ildə idxal edilən məhsulların ümumi həcmindən 704,8 min ton ( ötən illə müqayisədə 21,6 faiz çox) dəyəri 21,3 mln. dollardan çox olan ( keçən  ildəkindən 30,2 faiz az) sement klinkerlərinin payına düşür.  989,6 min ton (36,3 faiz çox), dəyəri  45 mln. dollardan çox (27 faiz çox) sement idxal edilib.

Yanvar-oktyabr ərzində Azərbaycana 487 min qaz, su və elektrik sayğacı idxal edilib ki, bu da 2007-ci ilin 10 ayı  ilə müqayisədə 36,9 faiz azdır. İdxal edilmiş sayğacların dəyəri 31 mln. dollardan çox olub - ötən ilin göstəricilərindən 21,6 faiz çox.                                                                                                                                                                      

Xəbər lenti

Xəbər lenti