...

SOCAR 2009 - cu ildə perspektivli dəniz strukturundakı yeni platformada quraşdırılacaq avadanlığın hamısını göndərəcək

Energetika Materials 18 Dekabr 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir E.İsmayılov/ 2009-cu ilin fevralında SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) "Heydər Əliyev adına" Dərin Özüllər Zavodundan "Ümid-1" perspektivli dəniz qaz-kondensat strukturunda quraşdırılması üçün vertolyot meydançası və səkkiz modul göndəriləcək, - zavoda işlərə yaxın mənbə çərşənbə günü bildirib.

"Bu avadanlığın tikintisi artıq başa çatıb, onun platformaya göndərilməsi fevrala planlaşdırılıb", - mənbə deyib.

SOCAR, əvvəllər - dekabrın birinci ongünlüyündə "Ümid-1" ikibloklu platformanın ikinci blokunu quraşdırıb. Platformanın hər iki blokunun tikintisini Dərin Özüllər Zavodu həyata keçirib. Perpspektivli struktur Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin tərkibinə daxildir.

Yeni platforma üçün yaşayış və məişət bloklarının tikintisini SOCAR şirkətinin "Neftqaztikinti" tresti aparır. Hər iki blok üç mərtəbədən ibarətdir. Məişət blokunda yeməkxana, çörək sexi, idman zalı, məhsulların saxlanılması üçün anbarlar yerləşdiriləcək. Hər iki blok Zığ tikinti - quraşdırma meydançasında yerləşən metal konstruktsiyalar zavodunda tikilir.

Qazmanı 2009 - cu ilin martında başlamaq planlaşdırılır. Əvvəllər bu iş 2008 -ci ilin sonuna planlaşdırılırdı. Yubanmanın əsas səbəbi platformanın tikintisinin gecikməsidir. Ümumilikdə platformadan beş quyu qazmaq planlaşdırılır, - mənbə əvvəllər bildirib.

"Ümid- 1" dəniz platformasının istismarı SOCAR-a şəxsi vəsaitlər hesabına işlənilən yataqlardan qaz hasilatının artırlması üzrə proqramın reallaşdırılması çərçivəsində lazımdır. Proqrama əsasən, SOCAR dövlətə8 mlrd. kubmetr təbii qaz verməlidir. Bu il SOCAR 8 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır ki, bunun da 7 mlrd. kubmetri dövlətə təhvil veriləcək.

Tikilib başa çatdırılmamış "Çıraq- 6" platformasının bazasında tikilən "Ümid- 1" platforması proqram çərçivəsində ən iri obyektdir -hündürlüyü 72 m. Platforma "Bulla dəniz" dəniz yatağından 15 km məsafədə, suyun 58 m dərinliyində yerləşdiriləcək. Platformadan altı quyusu qazmaq planlaşdırılır, - SOCAR-dan əvvəllər bildiriblər.

SOCAR-ın geoloqları "Ümid" dəniz yatağında güman edilən qaz ehtiyatlarını 200 -300 mlrd. kubmetr qiymətləndirirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti