...

SOCAR şirkəti Novorossiyskdən iki neft partiyasının satışına dair tenderi yekunlaşdırıb

Energetika Materials 19 Dekabr 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın Novorossiysk limanından 1,2 mln. barel həcmində (Hər birində 600 min barel) REBCO markalı iki şəxsi neft partiyasının satışına dair tenderi yekunlaşdırıb.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, hər iki neft partiyasını Vitol S.A. treyderi (İsveçrə) alıb. Partiyalardan biri 2009-cu il yanvarın 15-16-da, digəri isə yanvarın 27-28-də göndəriləcək.

Xəbər lenti

Xəbər lenti