...

Dünya maliyə böhranı əksər neft-qaz layihələrini yubada bilər

Energetika Materials 19 Dekabr 2008 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir A.Bədəlova/ 2009-cu ildə dünya maliyyə böhranı neftin işlənilməsi və hasilatı üzrə layihələrə mənfi təsir göstərməkdə davam edəcək, - İrlandiyanın dünya bazar tədqiqatları üzrə Konsaltinq Şirkəti Research and Markets-in məruzəsində deyilir.

"Yüksək maliyyə xərcləri və neftin aşağı qiymətləri ilə əlaqədar zəif sərmayə qaytarışı qorxusu fonunda, getdikcə daha çox layihə təxirə salınacaq", - şirkətin analitikləri proqnozlaşdırırlar.

Məruzədə deyilir ki, dünya maliyyə böhranı və neftin qiymətinin bir barelə görə 50 dollardan aşağı düşməsi yeni sərmayələr ehtimalını zəiflədib.

Gözləmələrə əsasən, 2009-cu ildə təbii qaza tələbatın artımı davam edəcək. Gələn il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində qaza tələbat bir faiz, İƏİT-ə daxil olmayan ölkələrdə 2,3 faiz artacaq. 2015 - ci ilədək İƏİT-in Avropa ölkələrində qaza olan illik tələbat 1,4 faiz artacaq.

Research and Markets-in məruzəsində deyilir ki, gələn il kömür daha münasib enerji mənbəyi olacaq.

ABŞ - ın Dövlət Enerji İnformasiyası İdarəsinin (EİA) proqnozlarına əsasən, 2015-ci ilə kömürün  istehlakı 2,6 faiz artacaq. Proqnozlara əsasən, 2009-cu ildə kömür istehlakı 3530,5 mln. ton neft ekvivalentinədək, 2010 -cu ilə 3680 mln. tonadək artacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti