...

"KazMunayQaz" neft layihələri üzrə texniki məsləhətçi seçib

Energetika Materials 20 Dekabr 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr/ Trend / Qazaxıstanın Milli Neft Şirkəti "KazMunayQaz" AMEC beynəlxalq injinerinq şirkətini texniki məsləhətçi seçib. Bu barədə AMEC- nin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.

Müqavilə, iri "Kaşağan" yatağı da daxil olmaqla, Qazaxıstanda "KazMunayQaz"ın neft - qaz aktivləri üçün məsləhət xidmətlərini özündə birləşdirir. Müqavilənin dəyəri açıqlanmayıb.

Xidmətlər həm yataqların işlənmə planları üzrə məsləhətlər, həm də planlaşdırma, layihələndirmə, cari xərclərin smetası, təhlükəsizlik, ekoloji xülasə və qiymətləndirmədən ibarətdir.

AMEC - nin təbii ehtiyatlar şöbəsinin baş əməliyyat direktoru Neil Bryusun (Neil Bruce) sözlərinə görə, şirkətin texniki məsləhətçi seçilməsi, onun milli neft şirkətiləri ilə sabit uzunmuddətli işgüzar əlaqələrin yaradılması üzrə strategiyasına kömək edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti