...

Azərbaycanın "Mərkəzi Azəri" yatağındakı platformanın işi yanvarda bərpa olunacaq – SOCAR prezidenti

Energetika Materials 23 Dekabr 2008 17:55 (UTC +04:00)
Azərbaycanın "Mərkəzi Azəri" yatağındakı platformanın işi yanvarda bərpa olunacaq – SOCAR prezidenti

Azərbaycan, Bakı, 23 dekabr/ Trend müxbir S.Əliyev/ " "Mərkəzi Azəri" yatağında qaz tullantıları aşkarlanmasına görə fəadiyyətini dayandıran platforma işini yanvar ayı ərzində bərpa edəcək", -deyə çərşənbə axşamı SOCAR şirkətinin(Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.

Hazırda "Mərkəzi Azəri" yatağında üç quyu fəaliyyət göstərir. Hazırda bu quyularda hasilat həcmi dəyişkəndir. Abdullayev bildirib ki, bu həftənin sonunadək daha iki quyunun istifadəyə verilməsi planlaşdrılır.

"Azəri - Çıraq - Günəşli" yataqları blokunun işlənməsi layihəsinin operatoru BP - dir.

Bu gün "Azəri - Çıraq - Günəşli" yataqları blokunda neft hasilatı həcmi, yataqdakı platformada iş dayandırılanadək qeydə alınan təqribən 900 min barelə nisbətən, təxminən 650 min barel təşkil edir.

"Azəri" - "Çıraq" - "Günəşli" yataqları blokunun işlənməsi üzrə operator BP sentyabrın 17 - də "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və yataqda quraşdırılan platforma personalını, dənizin səthində qaz aşkar olunmasına görə, evokuasiya edib. Təhlükəsizlik məqsədi ilə yatağın qərb hissəsində "Qərbi Azəri" platformasından da hasilat dayandırılıb.

"Azəri - Çıraq - Günəşli" yatağında Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə ixrac olunan Azeri Light növlü neft hasil edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti