...

Azərbaycanda maye qaz istehsalı artıb

Energetika Materials 6 Yanvar 2009 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar/ Trend / 2008 - ci ildə H.Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş "Azneftyanacaq") 2007 - ci ildəki 145,03 min tona qarşı təxminən 181,13 min ton maye qaz istehsal edilib, - SOCAR - dan bildiriblər. İstehsal edilmiş bütün maye qaz həcmini butan - butilen fraksiyası təşkil edib.

2006 - cı ildə istehsal edilmiş butan - butilen fraksiyasının həcmi 148,22 min ton, 2005 - ci ildə 129,62 min ton təşkil edib.

2007 və 2006 - cı illərdə olduğu kimi, 2008 - ci ildə də bu müəssisədə propan - propilen fraksiyası istehsal edilməyib. 2005 - ci ildə propan - propilen istehsalının həcmi 3,02 min ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti